Yaponiyada 5 milyondan çox toyuq öldürüldü
18 Yanvar 2021 10:50 DünyaYaponiyada quş qripi epidemiyası səbəbindən 5.8 milyon toyuq öldürülüb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, cəmi 36 əyalətdə 5 milyondan çox toyuq öldürülüb. Bu mövsümdə bu rəqəmin 6 milyona çatması gözlənilir.
Qeyd edək ki, quş qripi keçən ilin noyabr ayında Yaponiyanın Kaqava əyalətindəki bir toyuq fermasında aşkar edilmişdi.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31