Türkiyədə dərslər başlayır - TARİX AÇIQLANDI
18 Yanvar 2021 10:18 Dünya"Məktəblərin 15 fevralda açılması ilə bağlı prinsipal qərar verdik".
Olaylar.az "TRT Haber"ə istinadla xəbər veri ki, bunu Türkiyə Milli Təhsil naziri Ziya Selçuk deyib.
O bildirib ki, 2 gün ənənəvi, 2 gün distant təhsil sistemi ilə məktəblərdə tədris bərpa olunur:
"Müəyyən siniflərdə tədrisi tədricən bərpa etmək kimi çox fərqli ssenarilərimiz var".
Nazir deyib ki, müəllim və şagirdlərin sağlamlığını riskə atmamaq üçün plan hazırlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31