“Azərbaycanlılar ermənilərlə mehriban qonşuluq münasibətlərinə hazır deyillər” – Beqlaryan

"Aydındır ki, hazırkı şərtlərdə, bu şəraitdə azərbaycanlılarla mehriban qonşuluq münasibətləri mövcud deyil".

Olaylar.az xəbər verir ki, bu barədə Artak Beqlaryan "Facebook" səhifəsində canlı yayım zamanı istifadəçilərdən birinin sualını cavablandırarkən danışıb.

O, erməni əhalini Qarabağa qayıtmağa və yaşayış yerlərində yaşamağa çağırıb, dövlətin də öz növbəsində insanların təhlükəsizliyini təmin etməli olduğunu qeyd edib.

Xatırladaq ki, Beqlaryan müharibədən sonra həyat yoldaşını və azyaşlı övladını Xankəndinə gətirib və yaxın gələcəkdə orada yaşayacağını bildirib.

(qazet.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31