Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
13 Yanvar 2021 12:30 DünyaKoronavirusa yoluxmuş Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.
Olaylar.az-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, bu ayın əvvəlində Londonda koronavirusun yeni ştammına yoluxan A.Sarkisyan ev şəraitində müalicə olunurdu.
Amma həkimlər onda ikitərəfli pnevmoniya aşkar edib. Onun vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31