Trampa qarşı qadağalar davam edir

"Youtube" Amerika Birləşmiş Ştatlarının hazırki prezidenti Donald Trampın hesabına qadağa qoyub.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki," Twitter" və "Facebook" ardından bu dəfə "Youtube" Trampın kanalına video yerləşdirilməsini qadağan edib.

"YouTube" rəsmi "Twitter" hesabından bu barədə açıqlama yayıb: "Bir müddətdir davam edən qadağalara uyğun olaraq kanala ən azı yeddi gün yeni videolar və ya canlı yayımlar yükləməsi qadağandır və bu müddət uzadıla bilər."

Qeyd edək ki, Trampın "YouTube" kanalının 2,77 milyon izləyicisi var.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31