Ermənistanda yol kənarında Azərbaycan şəhərlərinin adları olan lövhə quraşdırılıb
12 Yanvar 2021 13:37 DünyaErmənistanın Tavuş vilayətinin Aygepar kəndi yaxınlığında Azərbaycanın Şəmkir, Gəncə və Bakı şəhərlərinə olan məsafənin qeyd olunduğu yol lövhəsi quraşdırılıb.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı şəkil teleqramın Ermənistan seqmentində yayılıb.
Erməni istifadəçilər şəkli "Yeni reallıq" başlığı ilə paylaşıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31