Paşinyana Moskvada xoşagəlməz sürpriz: Belə qarşıladılar - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş  naziri Paşinyanla üçtərəfli danışıqlar baş tutacaq. Dövlət başçıları artıq Rusiyadadır. 

Maraqlısı odur ki, öz ölkəsində etirazçıların mühasirəsini çətinliklə yarıb aeroporta, oradan da Moskvaya getməyi bacaran Paşinyan Moskvada da xoşagəlməz sürprizlə qarşılaşıb. 

Belə ki, Rusiyada yaşayan ermənilər məğlub Ermənistanın baş naziri Paşinyanı "Xalq bizik! Dayan, Nikol. Biz də etiraz edirik! Dayan, Nikol!", şüarlı plakatlarla qarşılayıblar. 

Paşinyandan narazı ermənilər mitinq etmək üçün artıq Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında toplaşıblar. Hazırda səfirlik Rusiya polisi tərəfindən mühasirəyə alınıb. 

Olaylar.az sözügedən anları əks etdirən fotonu təqdim edir:

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31