Qırğızıstan prezident seçkisində Caparov qalib gəldi
11 Yanvar 2021 13:53 DünyaQırğızıstanda keçirilən prezident seçkisində keçmiş baş nazir Sadır Caparov qələbə qazanıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, seçicilər prezidentin səlahiyyətlərini genişləndirən konstitusiya dəyişikliyinə də "hə" deyiblər.
Qırğızıstan Seçki Komissiyası bazar günü keçirilən prezident seçkisinin qalibi Sadir Caparovun topladığı səslərin 79 faizi olduğunu açıqlayıb. Səslərin 50 faizindən çoxunu alan Caparov ikinci tura ehtiyac olmadan prezident vəzifəsini icra edəcək.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31