42 ölkədə koronavirusa qarşı peyvəndləmə başlayıb - ÜST
9 Yanvar 2021 11:43 DünyaBu gün 42 ölkədə koronavirusa qarşı peyvəndləmə başlayıb. Onlardan 36-ı yüksək gəlirli, 6-ı orta gəlirli ölkələrdir.
Olaylar.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.
O bildirib ki, indiki vəziyyətdə vaksinlərin böyük əksəriyyətini yüksək gəlirli dövlətlər əldə edir. Az gəlirli ölkələr və orta gəlirli ölkələrin böyük əksəriyyəti vaksin əldə etməkdə çətinlik çəkir:
"Belə bir problem mövcuddur. Amma bu, həll edə biləcəyimiz bir problemdir. Bu məsələni COVAX və digər mexanizmlər vasitəsilə birlikdə həll etməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31