Gürcüstanda koronavirusa yoluxanların sayı 236 mini keçib
8 Yanvar 2021 13:41 DünyaGürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 537 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 236 028, ölənlərin sayı isə 2 728 nəfərə çatıb.
Virusa yoluxanlardan 224 189 nəfərin sağaldığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31