Rusiyada pandemiya qurbanlarının sayı 60 mini ötdü
7 Yanvar 2021 14:49 DünyaRusiyada son bir gündə daha 23 541 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 332 142 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 506 nəfər artaraq 60 457-yə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 709 452 nəfər sağalıb.(sia)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31