Matt Pottinger də istefaya getdi - ABŞ-da kritik durum
7 Yanvar 2021 14:41 DünyaAğ Evin Milli Təhlükəsizlik müşavirinin müavini Matt Pottinger Konqresin inzibati binasına hücum və hakimiyyəti zorla əldə saxlama cəhdindən sonra istefa verib.
Olaylar.az xəbər verir ki, Pottingerə yaxın qaynaq onun prezidentin baş verənlərə reaksiyasına cavab olaraq istefaya getdiyini bildirib.
Məlumat üçün bildirək ki, Pottinger Tramp administrasiyasında Çinlə bağlı həyata keçirilən siyasətdə əsas şəxs sayılırdı.
ABŞ mediası Ağ Evdə istefaların davam edəcəyini anons edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31