Konqres Baydenin prezidentliyini təsdiqlədi
7 Yanvar 2021 14:27 DünyaABŞ Konqresinin üzvləri prezident seçkisinin nəticələrini təsdiqləyiblər.
Olaylar.az xəbər verir ki, bu məlumatı ABŞ mətbuatı yayıb. Bununla Trampın konstitusion yolla seçkinin nəticələrini mübahisələndirmək imkanı qapanıb.
Qeyd edək ki, ötən gün Konqresin seçkinin nəticələri ilə bağlı iclası zamanı Vaşinqtonda etiraz aksiyası keçirilib. Trampın tərəfdarı olan etirazçılar Konqresin binasına daxil olaraq, iclasın yarımçıq dayanmasına nail olub.
Toqquşmalarda 4 nəfər ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31