Britaniya parlamenti ölkədə karantin rejiminin tətbiq edilməsini dəstəklədi
7 Yanvar 2021 09:41 DünyaBöyük Britaniya Parlamentinin İcmalar Palatası ölkədə 4 yanvar tarixində Baş nazir Boris Conson tərəfindən elan edilən karantin rejiminin tətbiq edilməsini dəstəklədi.
Trend bildirir ki, 524 millət vəkili sərt məhdudiyyətlərin tətbiq edilməsinin vacib olduğunu deyib, 16 nəfər isə bunun əleyhinə çıxış edib.
Parlament tərəfindən təsdiqlənən tədbirlər paketi 31 mart tarixinədək nəzərdə tutulub, lakin B.Jonson mümkün olduğu halda hakimiyyət orqanlarının bu tarixdən əvvəl məhdudiyyətləri ləğv etməyə başlayacağını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31