Türkiyə XİN ABŞ-da yaşayan türklərə MÜRACİƏT ETDİ
7 Yanvar 2021 08:25 DünyaABŞ-da prezident seçkilərindən sonra yaşananları və daxili proseslərin bu gün etirazçıların Konqres binasına girməsinə qədər gedib çıxmasını narahatçılıqla izləyirik.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Bəyanatında deyilir.
ABŞ-dakı bütün tərəfləri ayıq-sayıq olmağa dəvət edirik. ABŞ-ın bu daxili siyasi krizisi müvəffəqiyyətlə aşacağına inanırıq.
ABŞ-dakı vətəndaşlarımıza izdihamlı məkanlardan və aksiya keçirilən ərazilərdən uzaq durmalarını tövsiyyə edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31