Ermənistanda karantin rejimi daha 6 ay UZADILIR
7 Yanvar 2021 08:22 Dünya"Ermənistanda karantin rejiminin müddədi daha 6 ay uzadılacaq".
Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bu məlumatı "Armenia Today" müxbirinə təsdiqləyib.
Onun sözlərinə görə, qərar layihəsi hökumətə təqdim olunub.
Nikoqosyan bildirib ki, belə qərarın verilməsinə səbəb ölkədəki epidemioloji vəziyyətdir.
Xatırladaq ki, 11 sentyabr 2020-ci il tarixində sona çatan fövqəladə vəziyyətin yerinə karantin elan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31