Türkiyə ordusu Suriyada daha 7 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu Suriyanın şimalında daha 7 PKK terrorçunu məhv edib.

Olaylar.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində məlumat verib.

Bildirilib ki, Suriyanın şimalında "Barış Pınarı" əməliyyatının keçirildiyi bölgədə daha 7 terrorçu zərərsizləşdirilib. Terrorçular PKK terror təşkilatının Suriya qolu olan YPG-yə mənsub olublar. Onların hücum və sızma cəhdinin qarşısı alınıb. Terrorçuların fəaliyyətləri əngəllənib. Əməliyyatlar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31