Koronavirusun yeni növü 41 ölkədə aşkarlanıb
6 Yanvar 2021 12:20 DünyaKoronavirusun İngiltərədə ortaya çıxan mutasiyaya uğramış növü artıq 41 ölkədə aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, bundan əlavə 6 ölkədə koronavirusun Cənubi Afrikada meydana gələn mutasiyaya uğramış növü təsbit edilib.
Xatırladaq ki, İngiltərədə SARS-CoV-2 koronavirusunun yeni bir mutasiyasının olduğu keçən ilin dekabrında açıqlanıb. Daha sonra Cənubi Afrikanın Səhiyyə Nazirliyi ölkədə genetik kodu 501.V2 olan yeni bir koronavirus mutasiyasının aşkarlandığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31