Ermənistanda yenə aksiya keçirilir

Qarabağ münaqişəsi zonasında itkin düşən əsgərlərin onlarla qohumları və dostları bu gün yenidən Ermənistan hökumətinin binası yaxınlığına toplaşaraq etiraz aksiyası keçirirlər.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar itkin düşən hərbçilərlə bağlı səlahiyyətlilərdən açıqlama tələb edirlər. Bununla yanaşı aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın onlarla görüşməsini tələb edirlər.

Ermənistanda 5 yanvarın qeyri-iş günü olduğu açıqlansa da, etirazçılar buna əhəmiyyət vermədiklərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31