Nigeriyada matəm elan edildi

Nigeriyada  terrorçular tərəfindən öldürülən 100 nəfərin xatirəsini yad etmək üçün üç günlük matəm elan olunub.

Olaylar.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri məlumat yayıb.

"Biz bütün ölkə ərazisində 3 günlük matəm elan etdik", - nazir bildirib. Onun sözlərinə görə, qərar Nigerin Milli Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, yanvarın 2-də terrorçular ölkənin Tillaberi rayonundakı iki qəsəbəyə hücum etmişdilər. Çoma-Banqu qəsəbəsində 70, Zarumadareye qəsəbəsində isə 30 nəfər qətlə yetirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31