Ermənistan 3360 hərbçisinin öldüyünü açıqladı

Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Arsen Torosyan 27 sentyabr - 9 noyabr tarixlərində Qarabağdakı döyüş əməliyyatları zamanı hərbi itkilərlə bağlı yeni məlumatları açıqlayıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə öz Feysbuk hesabında açıqlama verən nazir müharibənin başlanğıcından bu günə qədər məhkəmə tibbi ekspertiza xidmətinin 3 360 ölü hərbçinin cəsədlərini və ya qalıqlarını müəyyənləşdirdiyini bildirib.

Onun sözlərinə görə, 2500-dən çox şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi-genetik ekspertizası keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31