Polşada müsəlmanlara qarşı terror aktının qarşısı alındı
4 Yanvar 2021 17:09 DünyaPolşada məsciddə terror aktı həyata keçirmək istəyənlərə qarşı cinayət işi açılıb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Agentliyi məlumat yayıb.
Bildirilib ki, islam ümmətinin xüsusi dini obyektinə hücumun həyata keçirilməsi, zəhərli maddələrin tətbiqi planlaşdırılırmış.
Xüsusi xidmət orqanlarının məlumatına görə, şübhəlilər "Polşanın islamlaşdırılmasına qarşı" çıxanlardır. Terror aktının təşkilində təqsirləndirilən bir neçə vətəndaş saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31