ABŞ-da kilsəyə silahlı hücum: keşiş öldürüldü

ABŞ-ın Texas ştatının Uaynon şəhərində yerləşən kilsəyə silahlı şəxs tərəfindən hücum olub.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalı xəbər verib.

Səhər saatlarında yaşanan hadisə zamanı bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Ölən şəxsin keşiş olduğu bildirilir. Hücumdan az sonra cinayətkar saxlanılıb.

Hadisənin hansı səbəbdən törədildiyi araşdırlır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31