Koronavirusdan ölənlərin sayı 1,8 milyonu ötdü
2 Yanvar 2021 12:42 DünyaDünyada son sutka ərzində 470 min 46 nəfər yeni növ koronavirusa yoluxub.
Olaylar.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 81 milyon 947 min 503 nəfərə çatıb.
Son 24 saatda 9921 pasiyent koronavirusdan həyatını itirib. Bununla pandemiya qurbanlarının sayı 1 milyon 808 min 41 nəfərə yüksəlib.
Xatırladaq ki, ÜST-nin məlumatları yalnız rəsmi rəqəmlərə əsaslanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31