Ermənistanda koronavirusa yoluxanların sayı 160 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 159 738 nəfərə çatıb.

Olaylar.az-ın məlumatına görə, son sutka ərzində 329 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 8 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 2836 nəfər koronavirusdan ölüb.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31