İranda sutka ərzində 114 nəfər koronavirusdan dünyasını dəyişib

İranda ötən sutka ərzində 114 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə nazirliyə istinadən məlumat verilib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55 337 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 286 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 231 429 nəfərə çatıb. Virus daşıyıcılarından 5 013 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 995 570 nəfər koronavirusdan sağalıb.

Ölkədə indiyədək 7,67 milyondan çox diaqnoz testi həyata keçirilib. Hazırda İranda 4 rayon qırmızı zona, 63 rayon narıncı zona və 381 rayon sarı zona hesab olunur.(trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31