Rusiyada sutka ərzində 536 nəfər koronavirusdan ölüb
1 Yanvar 2021 14:52 DünyaBu ilin ilk günündə Rusiyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 27 min 39 nəfər artaraq 3 milyon 186 min 336 nəfərə çatıb.
Olaylar.az-ın xəbərinə görə, bu barədə bu ölkədəki Operativ Qərargah məlumat yayıb.
Sutka ərzində Rusiyada koronaviursa yoluxmuş daha 536 nəfər həyatını itirib. Bununla da ölkədə COVİD-19-a yoluxma nəticəsində ölənlərin sayı 57 min 555 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31