Dünyada koronavirusa yoluxanların sayı 83,4 milyonu keçib

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 83,4 milyon nəfəri ötüb.

Olaylar.az-ın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 83 444 482 nəfərə çatıb. Onlardan 1 818 372 nəfəri ölüb, 58 milyon nəfərdən çoxu isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (19 968 087), Hindistanda (10 298 710) və Braziliyada (7 975 973) qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31