Ermənistanda son sutka ərzində 329 yeni yoluxma hadisəsi qeydə alınıb.
Olaylar.az xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 159 min 738-ə yüksəlib.
Ölənlərin sayı 5 nəfər artaraq 2 min 828 olub.
Hazırda Ermənistanda 12 min 870 nəfər aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, Ermənistanda karantin rejimi 11 yanvar 2021-ci ilə qədər qüvvədədir.