Yəməndə partlayış nəticəsidə ölənlərin sayı 27 nəfərə çatıb

Yəmənin Ədən beynəlxalq hava limanında törədilmiş partlayışlar nəticəsində həlak olanların say 27 nəfərə çatıb.

Olaylar.az-ın məlumatına görə, onlarla yaralının olduğu deyilir.

Yaralılar arasında KİV nümayəndələri də var.

Qeyd edək ki, hava limanında yeni nazirlərin gəlişi zamanı ard-arda partlayışlar törədilib. Həmin vaxt nazirlər hələ təyyarədə olduqları üçün xəsarət alan olmayıb. Daha sonra onlar prezident sarayına aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31