"Qardaş Ermənistan vətəndaşlarına sülh və firavanlıq diləyirəm” - Mişustin

Rusiya FederasiyasınınBaş naziri Mixail Mişustin Ermənistan lideri Nikol Paşinyana təbrik məktubu göndərib.

Olaylar.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Nikol Vova,
Sizi Yeni il və Milad bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Son bir ildə dostluq, tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Ermənistan-Rusiya münasibətləri dinamik inkişaf yolu keçib. Böyük ortaq layihələrdə irəliləyiş əldə edilib. Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya əməkdaşlığı gücləndirilib.

Əminəm ki, Ermənistanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq 2021-ci ildə də möhkəmlənəcəkdir. Münaqişədən sonra Dağlıq Qarabağın yenidən qurulmasında səmərəli əməkdaşlığın təmin olunmasını vacib hesab edirəm.

Sizə, əziz Nikol Vova, möhkəm cansağlığı və firavanlıq, bütün qardaş Ermənistan vətəndaşlarına sülh və firavanlıq diləyirəm".(propress)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31