Türkiyədən ACI XƏBƏR GƏLDİ - ŞƏHİDLƏR VAR

Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda baş verən uçqun hadisəsi zamanı 2 əsgər həlak olub.

Olaylar.az xəbər verir ki, onların nəşi Hakkari, Van və Ərzurum Jandarm axtarış-xilasetmə komandaları və sərhəd qoşunları tərəfindən aşkarlanıb.

Axtarışlara pilotsuz uçuş aparatları və detektiv itlər də cəlb olunub.

Qeyd edək ki, rayondakı 3 bölgədə qar yağışından bağlanan yolları təmizləmək üçün aparılan işlər zamanı qar uçqunu baş vermiş, əsgərlər qar altında qalmışdı.(publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31