Müxalifət Paşinyanın təklifini rədd etdi
26 Dekabr 2020 12:10 DünyaErmənistan müxalifəti baş nazir Nikol Paşinyanın erkən seçkilərlə bağlı konsultasiya çağırışını rədd edib.
Olaylar.az xəbər verir ki, müxalif Daşnaksütun Partiyasının funksioneri İşxan Saqatelyan öz "Facebook" səhifəsində bu barədə paylaşım edib. O, Paşinyanın təklifini qəbuledilməz adlandırıb.
"Bir yol var - satqını kənarlaşdırmaq. Yalnız bundan sonra erməni xalqı öz gələcəyi ilə bağlı düşünə bilər və seçimini edə bilər", - deyə Saqatelyan bəyan edib. Daşnaksütun təmsilçisi Paşinyan hakimiyyətdə ola-ola hər hansı seçki keçirilməsini yolverilməz hesab edib və yalnız onun istefasından sonra keçid hökuməti seçki keçirməli olduğunu bildirib.
Qeyd edək ki, dünən Nikol Paşinyan 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müxalifəti konsultasiyalara çağırmışdı.(unikal.org)