Rusiyada son sutkada 27 250 nəfər koronavirusa yoluxub

Rusiyada koronavirusa yoluxanların sayı 2,93 milyon nəfəri keçib.

Olaylara.az xəbər verir ki,  ölkədə son sutka ərzində 27 250 nəfər virusa yoluxub, 549 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 933 753 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 52 461 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 343 967 nəfər virusdan sağalıb, 537 325 nəfərin müalicəsi isə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31