Rusiyada son sutkada 549 nəfər pandemiyanın qurbanı olub
23 Dekabr 2020 12:26 DünyaRusiyada son bir gündə daha 27 250 nəfərə COVID-19 diaqnozu qoyulub.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 933 753 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 549 nəfər artaraq 52 461-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 343 967 nəfər sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31