Türkiyədən Yunanıstana qaçmaq istəyən "feto"çular həbs edildi
23 Dekabr 2020 12:26 DünyaTürkiyədən Yunanıstana qaçmağa çalışan 4 FETO üzvü saxlanılıb.
Olaylar.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İpsala-Edirne sərhəd xətti üzrə xidmətdə olan sərhədçilər qanunsuz yolla Yunanıstan tərəfə keçməyə çalışan 4 şəxsi həbs edib.
Araşdırmalar nəticəsində məlum olub ki, bu şəxslər haqqında FETO ittihamı ilə bağlı istintaq gedir. Şəxslər istintaqdan yayınmağa çalışsa da, buna nail ola bilməyiblər. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31