Dünya 2021-ci ilə 7 milyard 837 insanla qədəm qoyur

Alman Dünya Əhali Fondu dünya əhalisi ilə bağlı son məlumatları paylaşıb

Olaylar.az NTV-yə istinadən xəbər verir ki, Alman Dünya Əhali Fondu 2020-ci ildə dünya əhalisinin 82.3 milyon nəfər artaraq  2021-ci ildə bu rəqəmlərin 7 milyard 837milyon nəfər olduğunu açıqlayıb. Araşdırmalara görə 2023-cü ildə bu rəqəmin 8 milyard olacağı gözlənilir.

ARAŞDIRMALAR GƏLƏCƏK İLLƏRİ NECƏ PROQNOZLAŞDIRIR ?
BMT-nin hesablamalarına görə dünya əhalisi 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə 11,1 milyard olacaq. Dünya əhalisi 1804-cü ildə 1 milyarda, 1927-ci ildə 2 milyarda, 1959-cu ildə 3 milyarda yüksəlib. Əhali artımında ən vacib amillər ömrün uzunluğunun artması və uşaq ölümünün azalmasıdır.Tibb dünyasındakı inkişaflar da insanların daha uzun yaşamasına imkan verir.

AFRİKADA ƏHALİ ARTIM GÖZLƏNİLİR?
Son hesablamalara görə Afrika əhalisi 2050-ci ilə qədər iki qat artaraq 2,5 milyarda çatacaq. Bununla birlikdə, bəşəriyyətin çoxu gələcək illərdə Asiyada yaşamağa davam edəcəkdir. Asiya qitəsinin hazırda əhalisi 4,5 milyarddır. 2050-ci ilə qədər bu rəqəmin 5,3 milyard olması gözlənilir. 

Bundan əlavə, ölkələrin əhalisində köklü dəyişikliklərin olacağı proqnozlaşdırılır. Hindistanın 2024-cü ilə qədər Çinin "ən sıx ölkəsi" rekordunu qıracağı təxmin edilir. Bunun səbəbi Çin əhalisinin yaşlandığı və azaldığı, Hindistan əhalisinin daim artmasıdır.

BƏS KORONAVİRUSUN TƏSİRLƏEİ NECƏ OLACAQ?
Dünya Əhali Fondu, orta və aşağı gəlirli ölkələrin pandemiya səbəbiylə təhsildən və doğuşa nəzarət üsullarından məhrum olacağından qorxur. Məsələn, Keniya və Uqanda məktəblərin bağlanması ilə erkən hamiləlikdə böyük bir artım var.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31