Ermənistanda DAHA BİR QİYAM BAŞLADI
22 Dekabr 2020 11:15 DünyaErmənistanda yanacaq bahalaşır.
Olaylar.az xəbər verir ki, dolların erməni valyutasına nisbətdə artması səbəbindən Ermənistanda motor yanacağının qiymətləri dayanmadan artır.
Ölkə mediasının məlumatına görə, sürücülər bahalaşmaya görə "yanacaq qiyamı"na başlayıb.
Xüsusilə son günlərdə "normal" benzinin bir litri 350 dramdan 370-ə qalxıb. Sıxılmış təbii qazın qiyməti 320-330 drama yüksəlib. Üstəlik, bu, bu il sıxılmış qazın maya dəyərindəki ikinci artımdır - iyul ayında qiymət 310 drama yüksəlmişdi.
Yanacaqdoldurma stansiyalarının işçiləri bahalaşmanı dramın dollar qarşısında devalvasiyası ilə əlaqələndirirlər.(publika)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31