Yupiter və Saturn planetləri saatlar sonra bir- birinə çox yaxın olacaq
21 Dekabr 2020 12:58 DünyaBu gün gün batımından sonra Yupiter və Saturn planetləri bir -birinə yaxınlaşacaq.
Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, şimal yarımkürəsində ən uzun gecənin yaşanacağı 21 dekabrda ilk dəfə bir səma hadisəsi baş verəcək. Sonuncu dəfə 1623-cü qeydə alınan bu səma hadisəsi bu gün yenidən gerçəkləşəcək. Bir-birinə yaxınlaşan planetlər ikiqat bir planet kimi görünəcəklər.
İki planet arasındakı bucaq fərqi 0,1 dərəcə olacaq.
Astronomların araşdırmalarına görə bu hadisə 2080-ci ildə yenidən baş verəcək.
Qeyd edək ki, NASA və bir çox astronomiya izləmə mərkəzi və icması Yupiter və Saturnun birləşməsini internetdə canlı yayımlayacaq.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31