Dekabrın 21-də Yaponiyanın şimal-şərq sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Olaylar.az xəbər verir ki, yerli vaxtla saat 02:23-də qeydə alınan yeraltı təkanların episentri Aomori prefekturasının sahillərində, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31