ÜST İngiltərədə yayılan virusun yeni növündən danışdı

Dünya Səhiyyə Təşkilatı "Covid-19"un mutasiyaya uğrayan növünün daha sürətli yayıldığını  diqqətə çatdırıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin cənub-şərqində yeni və daha sürətlə yayılan Covid-19 tipinin yoluxma riski 70% təşkil edir.

ÜST virusun bu yeni növü barədə ölkələrə daha dəqiq məlumatlar veriləcəyini bildirib.

Qeyd edək ki, bu səbəbdən bir çox ölkələr İngiltərə ilə quru və hava nəqliyyat əlaqələrini bir müddət dayandıracaqlarını da  bildiriblər.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31