"Satqınların burada işi ola bilməz" - Veteranlar Paşinyanı "Yerablur"da buraxmaq istəmirlər - VİDEO

İkinci Qarabağ savaşında ölənlərlə bağlı Ermənistanda bugündən etibarən 3 günlük matəm elan olunub.

Bir qədər əvvəl Paşinyan başda olmaqla Respublika meydanından Yerablur məzarlığına (burada ermənilərin qəhrəman saydıqları şəxslər dəfn olunub) yürüş başlayıb.

Olaylar.az xəbər verir ki, Birinci Qarabağ savaşının veteranları satqın hesab etdikləri Paşinyanı "Yerablur"da buraxmaq niyyətində deyillər. 

Qeyd edək ki, Paşinyan vətəndaşları Qarabağ müharibəsinin gedişatında həlak olanların yad edilməsi məqsədilə təntənəli yürüşdə iştirak etməyə çağırıb. Dekabrın 19-dan 21-dək Ermənistanda 3 günlük matəm elan edilib. Yerevanda təntənəli yürüşün Respublika meydanından başlayaraq "Yerablur" panteonunda bitməsi planlaşdırılır.

"Satqının ayağı bu müqəddəs torpağa dəyməsin", - bu sözləri mətbuata Sisian könüllü dəstəsinin komandiri Aşot Minasyan deyib. 

"Bu, satqınların yürüşüdür. Hamını dövlət xainlərinin təntənəli yürüşünə "yox" deməyə çağırıram", - o fikrini yekunlaşdırıb

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı David Şahnazaryan isə jurnalistlərə müsahibəsində bildirib ki, əgər Paşinyan yürüşdə təxribata əl atarsa, layiqli cavabını alacaq.(milli.az)

Zau

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31