Braziliyada peyvəndlə bağlı qərar qüvvəyə minib

Dünya üzrə koronavirusa yoluxma sayına görə dünya üzrə üçüncü, ölüm sayına görə ikinci yeri tutan   Braziliyada ali məhkəmə peyvəndin məcburi olduğunu açıqlayıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə qərarında heç kimi peyvəndə məcbur etməyəcəklərini, ancaq müəyyən şərtlər daxilində peyvəndin məcburi ola biləcəyini bildirilib. Qərarda peyvənd olunmaq istəməyənlərə cəza və ya məhdudiyyət tətbiq olunmayacağı da qeyd edilib.

Bu qərarın ölkədə peyvənd əleyhinə etirazların artdığı bir dövrdə qəbul edilməsi diqqətdən yayınmayıb.

Braziliya prezidenti Jair Bolsonaro isə  açıqlamalarında peyvənd olunmayacağını və məcburi peyvəndin  əleyhinə olduğunu vurğulayıb.

Qeyd edək ki, indiyədək Braziliyada "Covid-19"a 7 milyon 111 min 527 nəfər yoluxub, onlardan  184 min 876 nəfər virusun qurbanı olub.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31