ABŞ-da "Google"a yenidən dava açıldı

Amerika Birləşmiş Ştatlarının daha 35 əyalətində "Google"a dava açılıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,  "Google"  reklam bazarında qanunsuz inhisara yol verdiyinə  görə ABŞ-da 35 əyalət şirkətə dava açıb.  "Google"  öz məhsullarını önə çıxarmaqla rəqiblərinin reklam sənayesinə zərbə vurur. "Google"un İqtisadi Siyasət üzrə direktoru Adam Cohen şirkətin hansı qanunlarla işlədiyinə  dair sualları cavablandırmağa hazır olduqlarını bildirib.

Ümumilikdə isə ABŞ-nın 45 əyaləti "Google" şirkətinə  dava açıb.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31