Afrikada virus sürətlə yayılır
18 Dekabr 2020 13:37 DünyaAfrika qitəsində koronavirusa yoluxmuş insanların sayı son 24 saat ərzində 20 min 279 nəfər artaraq artaraq 2 milyon 646 min 185-ə çatıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, qitədə virusdan ölənlərin ölənlərin sayı 383 nəfər artaraq 57 min 910 nəfərə çatıb.
Ən çox ölüm 24 min 11 nəfərlə Cənubi Afrikada qeydə alınıb. Misirdə 7 min 15, Fasda 6 min 804 nəfər virusun qurbanı olub.
Ümumilikdə, Cənubi Afrikada xəstəlik sayı 892 min 813 nəfərdir.
Virusdan sağalanların sayı 2 milyon 81 min 503 nəfərdir.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31