Putin: "Əgər istəsəydim, indiyə kimi ölmüşdü"

Bu sözləri Rusiya prezidenti Vladimir Putin dünən keçirilən illik mətbuat konfransında deyib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin rus müxalif siyasətçisi Aleksey Navalninin zəhərləndirilməsi sualına gülərək belə cavab verib:

"Əgər istəsəydim, indiyə kimi ölmüşdü"

Qeyd edək ki, rus müxalif siyasətçisi Aleksey Navalni avqustun 20-də uçuş zamanı zəhərləndiyinə görə, uzun müddət komada qalıb. Araşdırmaçılar  siyasətçinin sovet illərində istifadə edilən "Noviçok" qazı ilə zəhərləndirildiyini iddia etdilər.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31