Putin yenidən prezidentliyə namizəd olacaq? - Özü cavabladı

2024-cü ildəki prezident seçkilərində yenidən namizədliyimi irəli sürüb-sürməyəcəyim barədə konkret qərarımı hələ verməmişəm.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

Rusiyada iyul ayında keçirilən referendum nəticəsində konstitusiyaya edilən dəyişikliklər indiyə qədər dövlət başçısı olmuş insanların prezidentlik müddətini sıfırlayır. Bu da ardıcıl 2 dəfə prezident olduğu üçün 3-cü dəfə namizədliyini irəli sürə bilməyəcək Putinin yenidən namizəd olması yolunu açır.(publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31