Putin: "Rusiya ABŞ-nın daxili siyasətinə qarışmayıb"
17 Dekabr 2020 17:34 DünyaRusiya prezidenti Vladimir Putin illik böyük mətbuat konfransında jurnalistlərin suallarını cavablandırmaqda davam edir.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, mətbuat konfransında 2016-cı ildə Trampın hakimiyyətə gəlməsi üçün Rusiyanın yardım etməsi fikrinə Putin " Nə əvvəl, nə də sonra Rusiya ABŞ daxili siyasətinə qarışmayıb"- cavabını verib.
"Trampa sığınacaq veriləcəkmi?" sualına cavabında isə Putin:
"Düşünürəm ki, Donald Trampın öz ölkəsini tərk etməsi üçün heç bir səbəb yoxdur"- deyə vurğulayıb.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31