Qarabağda 933 erməni hərbçinin cəsədi TAPILIB
17 Dekabr 2020 15:23 DünyaQarabağ döyüşlərində ölən erməni hərbçilərin cəsədlərinin toplanması davam edir.
Ermənistan KİV-i xəbər verir ki, bu gün daha 41 erməni cəsədi Cəbrayıl və Füzuli rayonlarının ərazisində tapılıb.
Sabah axtarışlar Füzuli, Cəbrayıl və Hadrut istiqamətində davam edəcək. Axtarışları 5 qrup həyata keçirir. Prosesə itkin düşənlərin yaxınları da cəlb olunub.
Noybarın 13-dən bu günə qədər Qarabağda 933 erməni hərbçinin cəsədi tapılıb.
Modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31