Braziliyada koronavirusa yoluxanların sayı 7 milyonu keçdi

Braziliyada sutka ərzində koronavirusa yoluxanların sayı 70 574 nəfər artaraq 7 040 608 nəfərə çatıb.

Olaylar.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ölənlərin sayı 24 saat ərzində 936 artaraq 183 735-ə çatdı. Ən azı 6 132 683 yoluxan şəxs sağalıb, 724 190 xəstə həkim nəzarəti altındadır.

Ən çox yoluxma halı qeydə alınan dövlətlər siyahısında Braziliya ABŞ və Hindistandan sonra üçüncü yerdədir. Ölənlərin sayına görə o ABŞ-dan sonra ikinci yerdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31